Türkiyə Silahlı Qüvvələrinin hücumlarının qarşısını almaq üçün YPG-nin nəzarətində olan Minnağ aviabazası Rusiyanın tabeliyinə verilib.
Axar.az xəbər verir ki, bu barədə informasiya Rusiyanın Suriyadakı Xmeymim bazasının Feysbuk səhifəsində yer alıb.
"Türk ordusu Suriya torpaqlarında aviabaza qurmaq istəyir. Rəsmi Dəməşq icazə vermədikcə Moskva bu hərəkətləri qanunsuz olaraq qəbul edəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə "Əl Məsdər" saytı da YPG-nin könüllü olaraq Minnağ bazasından imtina etdiyini açıqlamışdı.

































































































