Türkiyə Rusiya peyvəndinin tətbiqinə ölkəsində icazə verdi

Hazırda oxunan: Türkiyə Rusiya peyvəndinin tətbiqinə ölkəsində icazə verdi

19673

Türkiyə ölkəsində koronavirusa qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) mətbuat xidməti məlumat yayıb. Sputnik V koronavirus peyvəndinin Türkiyədə təcili istifadəsi təsdiqlənib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sputnik V” Türkiyədə istehsal ediləcək


​​​​​​​Fond sözçüsü Türkiyənin dərmanın istifadəsinin təsdiq edildiyi 63-cü ölkə olduğunu söyləyib.

Bundan əvvəl Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu Türkiyənin  “Sputnik V”-nin ortaq istehsalını hədəf aldığını bildirmişdi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin