“Fikir ayrılığına baxmayaraq ABŞ Türkiyədən imtina etməyəcək” – Erməni türkoloq 

Hazırda oxunan: “Fikir ayrılığına baxmayaraq ABŞ Türkiyədən imtina etməyəcək” – Erməni türkoloq 

19672

Türkoloq Tiran Lokmagezyan “Sputnik Ermənistan”a ABŞ dövlət katibi Entoni Blinkenin yalançı “erməni soyqırımı” haqqında danışarkən Türkiyəni günahlandırmadığına dair açıqlamasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Tiran Lokmagezyana görə, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, öz növbəsində prezident Bayden tərəfindən yalançı “erməni soyqırımı”nın tanınmasının hüquqi nəticələri olmayacağını sözlərinə əlavə edib.

Türkoloqun fikrincə, bu, Türkiyə ilə ABŞ-ın sıx əməkdaşlıqda olduğunu göstərir:

“Aralarındakı bəzi fikir ayrılıqlarının olması ABŞ-ın Türkiyədən imtina etməsi demək deyil”.

Lokmagezyan hesab edir ki, türklərə müəyyən qanuni tələblər irəli sürmək baxımından ABŞ ermənilərə yaşıl işıq yandırmaz:

“ABŞ-dakı ermənilər müəyyən addımlar atsalar da ölkənin siyasi həyatında yəhudi kimi güclü deyillər”.

"Son 30 ildə Amerika siyasətinə təsir göstərməyimizə imkan verən mexanizmlər yarada bilmədik. Erməni maraqlarını müdafiə edən nüfuzlu siyasətçi olmağı bacaran gənclər yetişdirmədik", deyə o, qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden 24 apreldə Osmanlı İmperiyasında 20-ci əsrin əvvəllərində guya törədilən erməni qırğınlarını rəsmi olaraq “soyqırımı” kimi tanıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin