Ukraynanın döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirdi

Hazırda oxunan: Ukraynanın döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirdi

Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib. Ukrayna hərbi mənbələrinə əsaslanaraq, Rusiya komanda məntəqəsinin vurulduğu bildirilib. ABŞ və Fransa Ukrayna silahlı qüvvələrinə Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verildiyini açıqlayıblar.

196489

Ukrayna döyüş təyyarəsi ilk dəfə Rusiya daxilində hədəfə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Sky News” agentliyi Ukrayna hərbi mənbələrinə istinadla bildirib. 

Mənbə bazar günü Rusiyanın qərbində yerləşən Belqorod bölgəsində Rusiya komanda məntəqəsinin vurulduğunu qeyd edib. Belqorod Ukraynanın şimal-şərq sərhədinə yaxın yerləşir.

Hücumda hansı növ sursatdan istifadə olunduğu, o cümlədən onun Qərb silahı olub-olmadığı dəqiqləşdirilməyib.

Qeyd edək ki, ABŞ və Fransa bu yaxınlarda bildiriblər ki, Ukrayna silahlı qüvvələrinə Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək üçün silahdan istifadə etməyə icazə verilib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri daha öncə pilotsuz uçuş aparatları ilə Rusiyaya hücumlar etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin