Laçın dəhlizinə PPK/YPG yaraqlılarını yığmaqla müdafiə qurmaq olmaz - XARİCİ EKSPERTLƏR

Hazırda oxunan: Laçın dəhlizinə PPK/YPG yaraqlılarını yığmaqla müdafiə qurmaq olmaz - XARİCİ EKSPERTLƏR

1964

Ermənistan ordusu məğlubiyyətə məhkumdur. Döyüşlərin sürdüyü bir aylıq müddəti analiz edərkən xarici ekspertlər bu qənaətə gəliblər.

Ukraynanın hərbi eksperti Rinat Kovbasyuk öz " Facebook" səhifəsində bildirib ki, hazırkı beynəlxalq siyasətin gedişatı da bunu deməyə əsas verir:

“Azərbaycanın çox peşəkar ordusu formalaşıb. Ordudakı əhval-ruhiyyə də yüksəkdir, onlar torpaqlarını işğaldan azad etməkdə israrlıdır”.

Kavbasyuk qeyd edib ki, Rusiyanın bu münaqişəyə aktiv müdaxilə həvəsinin olmadığını da əlavə etsək. Ermənilər regionda faktiki təkdir. Bu müharibədə onları yaxşı heç nə gözləmir.

Rusiyanın tanınmış hərbi icmalçısı Pavel Felqenhauer isə Rusiya KİV-də verdiyi açıqlamalarında  Dağlıq Qarabağda yaranmış son vəziyyəti dəyərləndirərkən deyib ki, Ermənistanın heç bir şansını görmürəm:

“Hazırkı durumda Ermənistanın hücum taktikası seçməsi onun özü üçün mənfi nəticələrə gətirib-çıxaracaq. Çünki bu müharibədə Ermənistanın məğlubiyyətə məhkum olduğu açıq-aşkardır və bunun da əsas səbəbi Azərbaycanın texnoloji üstünlüyüdür”

Ermənistan ordusu bir aylıq hərbi qarşıdurmadan sonra ciddi itkilər verib. Həm canlı qüvvə, həm də silah-sursat baxımından kritik vəziyyətə düşüblər. Orduda aclıq və fərarilik baş alıb gedir. Xaricdən maliyyələşən muzdurların hesabına isə ciddi nəaliyyətlər əldə etmək mümkün deyil.

Laçın dəhlizinə 2500-dən artıq  Suriya, Livan və digər ölkələrdən PPK/YPG yaraqlılarını yığmaqla isə müdafiə qurmaq olmaz.

Onlara etibar etmək mümkün deyil, istənilən qarşıdurmada onlar silahlarını ya atıb qaçacaqlar, ya da elə ermənilərin özlərinə qarşı çevirəcəklər.

Həmçinin Rusiyanın “Novaya qazeta” nəşri Qarabağ savaşı ilə əlaqəli məqaləsində qeyd edir ki, Ermənistan ordusu artıq son günlərini yaşayır. Onun ayaqda qalmaq imkanları bir həftəni keçməz.

Hərbi ekspert Pavel Felqenhauerin fikrincə, “Əgər Ermənistan hazırkı şərtlər altında, daha dəqiqi, gərginliyin artması şəraitində müharibəni davam etdirməli olsa, heç şübhəsiz ki, bu, Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnəcək”.

İbrahim İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin