Danimarkanın Baş naziri Mette Frederiksen Kopenhagendə hücuma məruz qalıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə Danimarka hökuməti başçısının ofisi məlumat yayıb.
"Cümə günü axşam saatlarında Kopenhagendəki Kultorvet meydanında bir nəfər baş nazir Mette Frederiksenə zərbə endirib. Həmin şəxs həbs olunub. Baş nazir isə baş verənlərə görə şok vəziyyətinə düşüb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hücum edən şəxsin adı və soyadı açıqlanmayıb. Hadisənin hansı səbəbdən baş verməsi də məlum deyil.
Xatırladaq ki, bir müddət əvvəl Slovakiyanın Baş naziri Robert Fitso da silahlı sui-qəsdə məruz qalmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:57 / 08.06.2024
Danimarkanın Baş naziri də hücuma MƏRUZ QALDI
Hazırda oxunan: Danimarkanın Baş naziri də hücuma MƏRUZ QALDI
Hazırda oxunan: Danimarkanın Baş naziri də hücuma MƏRUZ QALDI
196265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.