ABŞ-da azərbaycanlı xanıma vəzifə verildi

Hazırda oxunan: ABŞ-da azərbaycanlı xanıma vəzifə verildi

19626

ABŞ-ın Virciniya ştatında yaşayan, Redford Universitetinin professoru Agida Manizadə səsvermə yolu ilə həmin ştatın riyaziyyat müəllimləri şurasının prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Bakıda anadan olan həmyerlimiz Bakı Dövlət Universitetini bitirib. Daha sonra təhsilini ABŞ-ın ən qədim və nüfuzlu ali məktəblərindən biri olan Villiam və Merri Kollecində və ölkənin dövlət universitetlərinin üçlüyünə daxil olan Virciniya Universitetində davam etdirib.

Hazırda Redford Universitetinin riyaziyyat və statistika fakültəsinin professorudur.

Riyaziyyat müəllimlərinin bilikləri sahəsində araşdırmalarla, həndəsənin tədrisi və təlimi, maarifləndirici texnologiyalarla məşğuldur. 

"Virginia Mathematics Teacher Journal"ın baş redaktorudur, çoxsaylı məqalələrin müəllifidir. Fəxri mükafatlara layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin