Almaniyada COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb - VİDEO

Hazırda oxunan: Almaniyada COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb - VİDEO

196251

Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında məlumat paylaşılıb.

Mərasimində COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər.
Daha sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb.

Qeyd edilib ki, hazırda Azərbaycanda tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və sairə olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin