Xəbər verdiyimiz kimi, Moskvada naməlum şəxs küçədə atəş açıb. Nəticədə bir nəfər həlak olub.
Bizim.Media 112 Telegram kanalına istinadən xəbər verir ki, öldürülən şəxs 34 yaşlı Konstantin Balışanskidir.
MÖVZU İLƏ BAĞLI:
Moskvada silahlı insident: Ölən var – FOTO/VİDEO
O, "Mediasystem Group" şirkətinin rəhbəri Andrey Balışanskinin oğludur. Şirkət rabitə avadanlıqlarının, eləcə də texniki saxlama vasitələrinin topdan satışı ilə məşğuldur.
Polisin yaydığı məlumata görə, silahlı şəxs (36 yaşlı Andrey Dyomin) yaralı halda ələ keçirilib. O, kəllə-beyin yarası ilə şəhər xəstəxanalarından birinə aparılıb.
Bizim.Media