Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud, Kərkük əməliyyatından sonra İraqın baş naziri Heydər əl-Abadiyə zəng edərək onu təbrik edib.
Kral söhbət zamanı əl-Abadini Riyada dəvət edib.
Salman iki ölkə arasında əlaqələri gücləndirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, bu, 25 il sonra ilk dəfə İraqdan bir hökumət rəsmisinin Riyada ilk səfəri olacaq.(Qafqazinfo)

































































































