Rusiyanın Kemerovo şəhərində tramvay qəzası nəticəsində xəsarət alan sərnişinlərdən biri dünyasını dəyişib. Həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhərin meri Dmitri Anisimov teleqram kanalında məlumat verib.
Son məlumata görə, qəza zamanı xəsarət alanların ümumi sayı 77 nəfərə çatıb.
Qeyd edək ki, Kemerovoda iki tramvay toqquşub. Hadisə iyunun 6-da səhər saatlarında Kuznetski körpüsündə baş verib.
Teleqram kanallarında yayılan məlumatlara görə, Loqovaya şossesində tramvaylardan birinin əyləci sıradan çıxıb və artıq Kuznetski körpüsündə o, sürətlə öndəki vaqona çırpılıb.
Bizim.Media