Rusiyanın Kemerovo şəhərində dəhşətli olay yaşanıb. Belə ki, tramvay böyük sürətlə hərəkət etdiyi zaman qapıları yerindən qopub və bir neçə sərnişin tramvaydan yola yıxılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, daha sonra tramvay digər biri ilə toqquşub. Toqquşma nəticəsində 40 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Bizim.Media