Çində yeni qayda: kafedə yemək sonadək yeyilməlidir - CƏRİMƏ KƏSİLİR

Hazırda oxunan: Çində yeni qayda: kafedə yemək sonadək yeyilməlidir - CƏRİMƏ KƏSİLİR

19590

Ümumi Çin Xalq Konqresinin Daimi Komitəsi (parlament) qidanın israf edilməsinə qarşı mübarizə haqqında qanun qəbul edib. Qanun 29 apreldə qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Xinhua” agentliyi yayıb.

Qanuna görə, iaşə xidmətinin rəhbərləri boşqabında həddindən artıq qida saxlayan müştərilərdən atılma haqqı ala bilərlər, lakin tarif müəssisə tərəfindən açıq şəkildə göstərilməli və ziyarətçilər bu haqda bilməlidirlər.  

Restoranlardan da müştərilərə ərzaq qənaətcilliyi ilə bağlı məsuliyyətlərini xatırlatmaları tələb olunur.

ÇXR səlahiyyətlilərinin rəsmi statistikalarına görə, Çinin şəhər iaşə sənayesində hər il təxminən 18 milyard ton qida israf olunur. Çinin saxlama, nəql və emal mərhələlərində hər il təxminən 35 milyard kiloqram taxıl itirdiyi bildirilir.

Çin Dövlət Başçısı Si Çzinpin "qida tullantılarının çoxluğu insana dəhşətə gətirir və məyus edir” açıqlamasını verib və əmr edib ki, sakinlər kafe və restoranlarda qida məhsullarından az miqdarda istifadə etsinlər.

Çin lideri insanları yeməyi israf etdiklərinə görə bir utanc hissi yaratmağa çağırıb.

Si Çzinpinin fərmanından sonra Çin milyonlarla insanın qatıldığı "Təmiz boşqab" kampaniyasına başlayıb.

İstifadəçilər sosial şəbəkələrdə bütün yeməklərin yeyildiyini nümayiş etdirərək foto və ya video paylaşırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin