Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurmada qırğız tərəfdən həlak olanların sayı 13-ə çatıb. Tacikistan tərəfdən 3 adamın öldüyü bildirilir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, aprelin 30-u yerli vaxtla saat 8:00-a olan məlumata görə qırğız tərəfdən 134 adam yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. 25 ağır yaralı xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb.
Ötən gecə Qırğızstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün bəyannamə və protokol imzalanıb.
Xatırladaq ki, qarşıdurma aprelin 28-də Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 30.04.2021
Qırğızıstan-Tacikistan sərhədində həlak olanların sayı 16-ya çatdı
Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində həlak olanların sayı 16-ya çatdı
Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində həlak olanların sayı 16-ya çatdı
19576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.