Ağ Ev rəsmisi: “Ukraynaya müharibə başlayandan Rusiya ərazisində ABŞ silahlarından istifadəyə icazə verilib"

Hazırda oxunan: Ağ Ev rəsmisi: “Ukraynaya müharibə başlayandan Rusiya ərazisində ABŞ silahlarından istifadəyə icazə verilib"

ABŞ Rusiya ərazisində mövqeyini dəyişdirib və Ukrayna müharibəsində məhdudiyyətlər olmadan Rusiya təyyarələrini vurmağa icazə verib. Amerika silahlarının KAB-ları daşıyan təyyarələr məsələsində müzakirə aparan Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi suala aydınlıq gətirib.

195741

“Ukraynaya müharibə başlayandan etibarən Rusiyada düşmən təyyarələrini vurmağa icazə verilib”.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.

"Bununla bağlı müəyyən çaşqınlıq yaranıb. Heç vaxt ukraynalıların düşmən təyyarələrini vurmasına məhdudiyyət qoyulmayıb, hətta bu təyyarələr mütləq Ukrayna hava məkanında olmasa belə"deyə Kirbi qeyd edib.

Məhdudiyyətlərin “qismən” götürülməsinin Amerika silahlarının KAB-ları daşıyan Rusiya təyyarələrini vurmaq üçün istifadə edilməsinə icazə verib-verməməsi ilə bağlı suala Kirbi belə cavab verib:

“Ukrayna əsgərləri qaçılmaz təhlükə yaradan Rusiya təyyarələrini vura bilərlər və onlar bunu müharibənin əvvəlindən etibarən edirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin