“Prezident Co Baydenin yeni miqrasiya haqqında sərəncamı ABŞ-nin cənub sərhədindəki vəziyyəti düzəldə bilməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Baydenin prezident sekilərində potensial rəqibi Donald Tramp xalqa müraciətində bildirib.
"Təxminən dörd illik uğursuz və zəif rəhbərlikdən sonra Co Bayden nəhayət sərhədlə bağlı nəsə etdiyini iddia edir. Amma reallıqda... o, sadəcə bilir ki, üç həftədən sonra bizim müzakirəmiz olacaq.
Həqiqət isə odur ki, Baydenin bu qərarı miqrantların ölkəmizi “işğal etməsini” dayandırmayacaq. Bu qərar yalnız miqrant axınının artmasına kömək edir, milyonlarla insan sərhədi keçməyə davam edəcək və ölkəmizə daxil olacaq. ”, - ABŞ-nin keçmiş prezidenti videomüraciətində bildirib.
Qeyd edək ki, Co Bayden ölkədə yeni miqransiya qanunu ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Meksika ilə sərhədi qanunsuz keçən miqrantların ABŞ-də siyasi sığınacaq almasına qadağa qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:58 / 04.06.2024
Tramp: “Baydenin miqrasiya qərarı miqrantların ölkəmizi “işğal etməsini” dayandırmayacaq”
Hazırda oxunan: Tramp: “Baydenin miqrasiya qərarı miqrantların ölkəmizi “işğal etməsini” dayandırmayacaq”
Hazırda oxunan: Tramp: “Baydenin miqrasiya qərarı miqrantların ölkəmizi “işğal etməsini” dayandırmayacaq”
195733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.