ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edib

Hazırda oxunan: ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edib

195543

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Baş Qərargah rəisi, admiral Liza Françetti Türkiyədə rəsmi səfərdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər Türkiyə Respublikasının HDQ komandanı, donanma admiralı Ercüment Tatlıoğlunun dəvəti ilə baş tutub.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada admiral Liza Françetti ilə görüşüb.

Admiral Ercüment Tatlıoğlu və ABŞ-ın Ankaradakı səfiri Cefri L. Fleykin də iştirak etdikləri görüş media üçün qapalı şəraitdə keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin