Misir hökuməti istefaya GETDİ 

Hazırda oxunan: Misir hökuməti istefaya GETDİ 

195490

Misir prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV Misir hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Bildirilib ki, Misir prezidenti ölkənin baş naziri Mustafa Mədbuliyə səriştə və təcrübəyə malik şəxslərdən ibarət yeni kabineti formalaşdırmağı tapşırıb. 

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi hazırda üçüncü prezidentlik müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsini icra edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin