Rusiyalı üç gün qəbirdə qalıb və ... - ŞOK EKSPERİMENT

Hazırda oxunan: Rusiyalı üç gün qəbirdə qalıb və ... - ŞOK EKSPERİMENT

195356

Kalininqrad vilayətinin sakini, 52 yaşlı Oleq Rezanov 50 günü yeməksiz və susuz qalıb.

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, Oleq Rezanov Rusiyanın “Arqumenti i faktı” nəşrinə necə sağ qaldığını danışıb.

“Bütün bunları könüllü edirəm” deyən Oleq xəbərdar edib ki, bu çox çətin və təhlükəlidir, o səbəbdən bu təcrübəni təkrarlamaq lazımdır.  

Oleq deyib ki, 50 gün ərzində Rusiyanın şəhərlərində Sankt-Peterburqa, Moskvaya, Yekaterinburqa və s. səfərdə olub. Bütün bu müddət ərzində isə nə yeməyə, nə də içməyə çalışıb. O etiraf edir ki, aclıq aksiyasının ilk günləri dözmək çox çətin olub. Başı ağrayıb, bədəni zəifləyib, koordinasiya ilə bağlı problemlər yaranıb.

Oleq Rezanov 2021-ci ilin aprelində başqa bir eksperiment də keçirib. Özünü iki metrlik qəbirdə diri-diri basdırıb və üç gündən çox orada qalıb, sonra isə sağ-salamat çıxıb. 

“Bütün bunlar  lətifəyə bənzəyir" deyə terapevt Aleksey Vodovozov rusialının 50 gün susuz qalması haqda dediklərinin gerçək olduğunu qəti şəkildə inkar edir. Bir müddət yeməksiz yaşaya bilərsiniz, amma susuz yaşaya bilməzsiniz.

“Yeməksiz nə qədər yaşaya bilərsiniz? Burada çoxlu şərtlər var. Məsələn, ilkin bədən çəkisi və sairə”. Həkimin sözlərinə görə, əgər insan arıqlamaq və ya aclıq aksiyası keçirmək qərarına gəlirsə, əvvəlcə onun üçün adekvat dietoloq tapması daha yaxşıdır. Həkim “Həddindən artıq aclıq aksiyası əsassız riskdir. Ayda iki kiloqram və ildə 24 kiloqram arıqlamaq daha yaxşıdır.

Orta hesabla bir insanın 20 dərəcə temperaturda, 80% rütubətdə olduğu və heç bir fiziki iş görmədiyi təqdirdə 5-7 gün su olmadan yaşaya biləcəyinə inanılır.  1979-cu ildə Avstriyada 18 yaşlı oğlan səhvən həbsxanaya yerləşdirilib və orada 18 gün unudulub.  Oğlan bütün bu müddət ərzində divarlardan kondensat içib, 24 kiloqram arıqlayıb və bütün bədəndə ciddi  fəsadlar yaranıb", - deyə Aleksey Vodovozov əlavə edib.

Aclıqla bağlı Ginnesin Rekordlar Kitabına düşən hadisə də var. 1965-ci ildə Şotlandiya sakini ağır piylənmə ilə xəstəxanaya yerləşdirilib. 27 yaşında onun çəkisi 207 kiloqram olub. Həkimlərin nəzarəti altında 382 günlük aclıq aksiyasından sonra  o, sağ qalıb, 89 kiloqrama qədər arıqlayıb.  
2006-cı ildə Leninqrad vilayətinin sakini Aqassi Vartanyan şəffaf kubda yeməksiz 50 gün keçirib. Amma erməni özü ilə isti paltar, 150 litr su, 50 qutu siqaret, qazan və elektrik qızdırıcısı aparıb. Aclıq aksiyası zamanı həmin şəxs 23 kiloqram arıqlayıb. Bundan əvvəl amerikalı illüziyaçı Devid Bleyn 44 gün yeməksiz qala bilmişdi, o da şəffaf qutuda oturmuşdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin