İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Bizim.Media xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.
Bildirilib ki, iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Qeyd olunub ki, bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Bizim.Media