Türkiyənin Antalya vilayətində yerləşən Aspendos qədim şəhərinin qalıqları üzərində aparılan araşdırmalar zamanı Roma dövrünə aid təxminən iki min illik Zevs və Afrodita heykəlləri tapılıb.
Bizim.Media xəbər verir ki, araşdırmalar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Gələcəyə miras” layihəsi çərçivəsində aparılır.
Qeyd edək ki, günümüzədək gəlib çatan nadir qədim teatr binası və su kəmərlərindən birinə sahib bu antik şəhərdə ilk dəfə 2008-ci ildə başlayan səthi araşdırmalar 2022-ci ildən etibarən Afyon Kocatepe Universitetinin mütəxəssisləri tərəfindən davam etdirilir.
Bizim.Media