Orban: “Macarıstan hökuməti Avropanın Rusiya ilə münaqişəsinin qarşısını almağa çalışır”

Hazırda oxunan: Orban: “Macarıstan hökuməti Avropanın Rusiya ilə münaqişəsinin qarşısını almağa çalışır”

195237

“Bizim qarşımızda əvvəllər heç vaxt görmədiyimiz nəhəng bir vəzifə var. Avropanın öz məhvinə səbəb olacaq müharibəyə - Rusiya ilə münaqişəyə girməsinin qarşısını almalıyıq”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Sülh marşı”ndan sonra Dunay sahilindəki Marqaret adasında hökumətin Rusiya-Ukrayna müharibəsinin genişlənməsinə qarşı siyasətinə dəstək məqsədilə keçirilən mitinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ və NATO-nun Ukraynada müharibənin genişlənməsinə yol açan təhlükəli planlarının həyata keçirilməsinin qarşısını almaq, Avropa Parlamentinə keçiriləcək seçkilərdə müharibəni deyil, sülhü müdafiə edən partiyalara səs vermək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin