Mişel Obamanın anası vəfat edib

Hazırda oxunan: Mişel Obamanın anası vəfat edib

Mişel Obamanın anası Marian Robinson vəfat edib. ABŞ-ın keçmiş prezidenti Barak Obama və ailesi bu itki ilə üz-göz olublar.
195159

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın anası Marian Robinson vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə keçmiş birinci xanım Mişel Obamanın ailəsi NBC News-a açıqlamasında bildirib. Robinsonun 86 yaşı var idi.

"O, bu səhər dinc şəkildə dünyasını dəyişdi və indi heç birimiz onsuz necə davam edəcəyimizi dəqiq bilmirik" dedi ailənin açıqlamasında bildirilib.

Açıqlama Mişel və Barak Obama, Kreyq Robinson və onun həyat yoldaşı Kelli, Marian Robinsonun nəvələri Averi, Lesli, Maliya, Saşa, Ostin və Haronun adından yayılıb.
Qeyd edək ki, Marian Robinson kürəkəni Barak Obamanın 2008-ci il prezident seçkilərində qalib gəlməsindən sonra amerikalılara "millətin ilk nənəsi" kimi tanınıb.

Çikaqo sakini olan Robinson 2009-cu ildə Ağ Evin iqamətgahında yaşamaq və o zaman yeddi və on yaşında olan nəvələrinə qulluq etmək üçün Vaşinqtona köçmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin