“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”.
Bizim.Media erməni mətbuatrına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı praktiki mərhələnin başladığını müşahidə edirik. Bu, regional sabitlik üçün vacib əhəmiyyətə malikdir”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiya delimitasiya ilə bağlı bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik metodlarla həllinə tərəfdardır: “Moskva üçtərəfli razılaşmalar əsasında tərəflərə delimitasiya ilə bağlı öz konsultativ yardımını göstərməyə hazırdır”.
XİN rəsmisi qeyd edib ki, İrəvanda meydanlara toplaşan etirazçıların narazılığı, onların fikrincə, delimitasiyanın tam ədalətli olmaması ilə bağlıdır.
Eyni zamanda, Zaxarova Ermənistandakı siyasi prosesləri ölkənin daxili işi adlandırıb.
Bizim.Media