Fələstin dövlət kimi tanınacaq, yoxsa məhv olacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Fələstin dövlət kimi tanınacaq, yoxsa məhv olacaq? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Fələstinin dövlət kimi tanınacaq, yoxsa məhv olacaq? Tofiq Zülfüqarovun ŞƏRHİ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Melonini Fələstini dövlət kimi tanımağa çağırıb. İspaniya, İrlandiya və Norveç kimi ölkələrin də Fələstin dövlətini tanıması ilə bağlı çağırış edilib. Məsələ ilə bağlı xüsusi qətnamə var və risklər mövcuddur. İsrailin pozisiyası, BMT-nin qətnamələri və generallaşan danışıqlar ətrafında məsələ həlledilməliyə dair analiz.

194895

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Melonini Fələstini dövlət kimi tanımağa çağırıb.

O, İspaniya, İrlandiya və Norveç kimi bu ölkənin də Fələstin dövlətini tanıması ilə bağlı çağırış edib.

Qeyd edək ki, BMT-yə üzv olan 193 ölkədən 145-i Fələstini dövlət kimi tanıyır.

Maraqlıdır, Fələstini tanıyan dövlətlərin çoxalması gedişatı necə dəyişəcək?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, bu məsələ ilə bağlı xüsusi qətnamə var: “Bu qətnamədə qeyd olunub ki, Fələstinin başqa ölkələr tərəfindən dövlət olaraq tanınması mütləqdir. Lakin qərar qəbul edilib ki, Fələstin tam formalaşmalıdır. O cümlədən sərhədlərin müəyyən olunması və s.

Tanımaq mövzusunda müxtəlif ölkələr fərqli mövqedədirlər. Bəziləri o mövqedədilər ki, dərhal tanımaq lazımdır, digərləri də deyir ki, hansısa şərtlər yerinə yetirilməlidir. Yəni dövlət tam şəkildə formalaşmalıdır və İsraillə sərhəd müəyyən edilməlidir.  Biz görürük ki, hər iki məsələdə risklər var.
Daxili hərbi çevriliş nəticəsində Fələstin Administrasiyasının qurumları ləğv olunub. Orada HƏMAS hakimiyyəti ələ keçirib. Sərhəd məsələsində də danışıqlar yekunlaşmayıb. Bu problemin daxilində Oslo razılaşması mövcuddur. Sözügedən razılaşmanın bir hissəsini Fələstin tanıyır, digər hissəsini isə tanımır. Yəni HƏMAS onları tanımaq istəmir.

Digər bir mövzu hələ də açıqdır. BMT-nin 242-ci qətnaməsində göstərilir ki, Qüds üçün xüsusi stasus müəyyən olunmalıdır. İndi isə danışıqlar ümumiyyətlə, getmir.

İsrailin mövqeyi ondan ibarətdir ki, Qüds İsrail dövlətinin paytaxtı olmalıdır. Bu məsələdə problemlər çoxdur və həllini tapmalıdır. Bəzi ölkələr indiki mərhələdə İsrailə təzyiq göstərmək üçün Fələstin dövlətini tanımaq mövqeyini seçiblər. Digər ölkələr isə danışıqlar vasitəsilə problemin həll edilməsinin tərəfdarıdılar. Sülh bərqərar olunmalıdır ki, məssələ həllini tapsın”.

Məhərrəm Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin