"Remal" qasırğası nəticəsində Banqladeş və Hindistanda 40-dan çox insan həlak olub, 175 min ev dağılıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
Mənbə qeyd edir ki, siklon güclü yağışlara səbəb olub. Bu da çayların daşmasına, sürüşmələrə və ciddi daşqınlara səbəb olub.
Banqladeşin təbii fəlakətlərin idarə edilməsi üzrə naziri Mohibbur Rahman bildirib ki, ümumilikdə ölkədə 3,75 milyondan çox insan Remaldan zərər çəkib.
İnsanların təkcə irimiqyaslı dağıntılardan deyil, həm də təmiz içməli suyun olmamasından əziyyət çəkdiyi qeyd olunur.
Bizim.Media