Ərdoğan Norveçin Baş naziri ilə Qəzzada törədilən qətliamları MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Ərdoğan Norveçin Baş naziri ilə Qəzzada törədilən qətliamları MÜZAKİRƏ EDİB

194783

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Norveçin Baş naziri Jonas Gahr Store ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, danışıq zamanı əsas müzakirə mövzusu İsrailin Qəzzada törətdiyi qətliamlar olub. Ərdoğan İsrailin beynəlxalq hüquqa məhəl qoymayan ehtiyatsız hücumlarının dayandırılmasının və bölgədə daimi sülh üçün səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri Norveçin Fələstini tanıma qərarını bölgədə davamlı sülh, əmin-amanlığa töhfə verdiyini bildirib:

“Buna görə də Norveç hökumətini proses boyu atdığı dəqiq addımlara və qətiyyətli davranışına görə təbrik edirəm".

Bununla yanaşı, tərəflər Türkiyə ilə Norveç arasında əlaqələri, qlobal və regional hadisələri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin