Eyni universitetdə təhsil alan 100 yaşlı cütlük evləndi

Hazırda oxunan: Eyni universitetdə təhsil alan 100 yaşlı cütlük evləndi

ABŞ-ın Pensilvaniya ştatında, 100 yaşlı Berni Littman və 102 yaşlı Marcori Fitermanın evlilik toyu oldu. Cütlük, Ginnesin Rekordlar Kitabı'na dünyada 100 yaşından yuxarı evlənən ilk cütlük olmaq üçün müraciət etdi.
194646

ABŞ-ın Filadelfiya şəhərinin (Pensilvaniya ştatı) 100 yaşlı sakini Berni Littman və 102 yaşlı sakini Marcori Fitermanın toy mərasimi olub. Onlar 100 yaşından yuxarı evlənən cütlük kimi qeydiyyata düşmək üçün “Ginnesin Rekordlar Kitabı”na müraciət ediblər.

Bizim.Media Fox News telekanalına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi qocalar evində keçirilib. 

Berni Littman musiqiçidir və onun əvvəlki evliliyi 65 il davam edib. O, həyat yoldaşının ölümündən sonra qocalar evində məskunlaşıb və orada Marcori Fitermanla tanış olub. Onların arasında “romantik” münasibətlər doqquz il əvvəl başlayıb. Qadın isə əvvəlki mərhum əri ilə 60 il birgə ömür sürüb.
Maraqlıdır ki, Berni Littman və Marcori Fiterman vaxtilə eyni universitetdə təhsil alıblar, lakin o zaman bir-birlərini tanımayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin