Putinin keçmiş mühafizəçisi və Tula vilayətinin keçmiş qubernatoru Aleksey Dyumin Rusiya Dövlət Şurasının katibi vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İnauqurasiyadan sonra Vladimir Putin Aleksey Dyumini özünə köməkçi təyin edib.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, Dyumin müdafiə sənayesi və Dövlət Şurası məsələləri ilə məşğul olacaq, həmçinin prezident administrasiyasında idmana nəzarət edəcək.
Aleksey Dyumin bundan əvvəl Prezidentin Mühafizə Xidmətində xidmət edib.
Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov qeyd edir ki, Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin olunmasından təşvişə düşüb. Bu, Dyuminin gələcək prezident postu üçün Putinin seçimi olduğunun təsdiqi kimi qiymətləndirilir.
“Uzun müddətdir ki, belə söz-söhbətlər dolaşır. Dyumin Putinin mühafizəçisindən, kəşfiyyatçılar arasından üzə çıxıb. Sonradan Tula vilayətinin qubernatoru kimi özünü uğurla sübut edib. İndi isə Dövlət Şurasının katibi kimi Dyumin federal səviyyədə Rusiyanın əsas elitasına rəhbərlik edəcək. Bu, bir çoxlarının fikrincə, Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi görməsi fikrini təsdiqləyir”, – Markov Telegram kanalında yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:36 / 29.05.2024
Bu şəxs Putinin varisidir? - DETALLAR AÇIQLANDI
Hazırda oxunan: Bu şəxs Putinin varisidir? - DETALLAR AÇIQLANDI
Hazırda oxunan: Bu şəxs Putinin varisidir? - DETALLAR AÇIQLANDI
Putinin varisidir? Putinin keçmiş mühafizəçisi və Tula vilayətinin keçmiş qubernatoru Aleksey Dyumin Rusiya Dövlət Şurasının katibi vəzifəsinə təyin edilib. Dyuminun prezidentin köməkçisi olması Rusiya elitasında təşvişə səbəb olub, bu da onun gələcək prezident mövqeyində olacağı fikrini təsdiqləyir.
194645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.