Yaponiyada dünyada ilk dəfə kosmosa buraxılacaq taxta peyk hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kioto Universiteti məlumat yayıb.
Qeyd olunub ki, mütəxəssislər “LignoSat” peykinin hazırlanmasına təxminən dörd il sərf ediblər.
Belə bir peykin yaradılması ideyası ətraf mühitə olan qayğıya əsaslanır. Belə ki, missiyasını başa vurduqdan sonra Yerə qayıdan peyk atmosferə daxil olduqdan sonra tamamilə yanacaq..
Kub formasında olan peykin divar ölçüləri 10 sm və qalınlığı isə 4-5,5 mm-dir. Onun dizaynında alüminiumdan hazırlanmış bir neçə qapı var. O, həmçinin cəmi 1 kq ağırlığında olan günəş panelləri ilə təchiz olunub.
Maraqlıdır ki, peykin yığılması zamanı yapon ənənəvi ağac emalının xüsusi texnologiyasından istifadə olunub ki, bu da bərkidicilərin və ya hər hansı yapışdırıcı materialların istifadəsini tələb etmir. Peykin bu il “SpaceX2 raketi ilə kosmosa buraxılacağı gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:29 / 29.05.2024
Yaponiya dörd ilə hazırlanan taxta peyki kosmosa buraxacaq
Hazırda oxunan: Yaponiya dörd ilə hazırlanan taxta peyki kosmosa buraxacaq
Hazırda oxunan: Yaponiya dörd ilə hazırlanan taxta peyki kosmosa buraxacaq
Yaponiya dörd ilə hazırlanan taxta peyki kosmosa buraxacaq. Yaponiyada dünyada ilk dəfə kosmosa buraxılacaq taxta peyk hazırlanıb.
194585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.