Barselona şəhərində minlərlə insan muxtariyyət liderlərinin müstəqillik elan etmək niyyətinə etiraz bildirmək üçün mitinq keçirir.
“Qafqazinfo”x9d BBC-yə istinadən xəbər verir ki, təşkilatçılar aksiyanı referenduma qarşı olan “susmuş çoxluğun”x9d nümayişi adlandırıblar.
Xatırladaq ki, 1 oktyabrda keçirilən referendumda seçicilərin 90,18 faizi Kataloniyanın İspaniyadan ayrılmasına səs verib.
Rəsmi nəticənin 10 oktyabrda Kataloniya parlamentində təsdiq ediləcəyi və növbəti 2 gün ərzində isə müstəqilliyin elan olunacağı gözlənilir.
İspaniyanın Baş naziri Mariano Rajoy isə Kataloniyanın İspaniyadan ayrılmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini bəyan edib.







































































































