Fransa Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlimlərin təşkili məqsədilə ölkəyə təlimatçılar göndərəcək.
Bizim.Media xəbər verir ki, müvafiq sənədləri bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski imzalayıb.
“Mən artıq ilk fransalı təlimatçıların təlim mərkəzlərimizə baş çəkməsinə, onların infrastrukturu və işçi heyəti ilə tanış olmasına imkan verəcək sənədləri imzalamışam”, deyə Sırski “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, danışıqlarda Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edib.
Qeyd edək ki, “New York Times” nəşri daha əvvəl NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün öz hərbi təlimatçılarını Ukraynaya göndərmək qərarına tədricən yaxınlaşdıqlarını yazmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:26 / 27.05.2024
Fransa Ukraynaya hərbi əlimatçılar GÖNDƏRƏCƏK
Hazırda oxunan: Fransa Ukraynaya hərbi əlimatçılar GÖNDƏRƏCƏK
Hazırda oxunan: Fransa Ukraynaya hərbi əlimatçılar GÖNDƏRƏCƏK
194378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.