Aİ Ukraynanın Rusiya ərazisində NATO silahlarından istifadəsi ilə bağlı məhdudiyyətləri LƏĞV ETDİ

Hazırda oxunan: Aİ Ukraynanın Rusiya ərazisində NATO silahlarından istifadəsi ilə bağlı məhdudiyyətləri LƏĞV ETDİ

Avropa İttifaqının Ukraynanın Rusiya ərazisində NATO silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi müzakirə edildi.
194370

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ukraynanın Rusiya Federasiyası ərazisində NATO silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin ləğvini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz daha çox hava hücumundan müdafiə sistemlərinin, xüsusən “Patriot”un təmin edilməsinin zəruriliyini müzakirə etdik, həmçinin Ukraynanın Rusiya ərazisində təchiz edilmiş silahlardan hücum məqsədli istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırdıq. Bu, hazırda sürət qazanan müzakirədir”, - deyə Borrell qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin