Rusiyanın Oryol vilayətinin Livnı şəhərinə dron hücumunda uçuş vasitələrindən ikisi yanacaq-doldurma məntəqəsinin üzərinə düşüb, hadisədə bir nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Klıçkov teleqramda bildirib.
“Bu səhər Oryol vilayətinə növbəti kütləvi hücum zamanı PUA Livnı şəhərindəki yanacaqdoldurma məntəqəsinin ərazisinə düşüb. İnzibati binanın fasadının bir hissəsi zədələnib, operativ xidmət və şəhər rəhbərliyinin əməkdaşları fəsadların lokallaşdırılması və aradan qaldırılması üçün dərhal hadisə yerinə gəliblər. Onlar işləyərkən daha bir PUA yanacaqdoldurma məntəqəsinin ərazisinə düşüb”, – o yazıb.
Klıçkov əlavə edib ki, hadisə yerində yanğınsöndürmə briqadasının sürücüsü ölüb. Onun sözlərinə görə, daha üç əməkdaş yaralanıb.
Xatırladaq ki, daha əvvəl Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu (“Slavyansk EKO” MMC) dron hücumundan sonra fəaliyyətini dayandırmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:16 / 27.05.2024
Ukraynadan Oryol vilayətinə dron hücumu: 1 ölü, 3 yaralı var
Hazırda oxunan: Ukraynadan Oryol vilayətinə dron hücumu: 1 ölü, 3 yaralı var
Hazırda oxunan: Ukraynadan Oryol vilayətinə dron hücumu: 1 ölü, 3 yaralı var
194235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.