Türkiyə XİN Myanmada artan münaqişələrlə bağlı BƏYANAT yaydı

Hazırda oxunan: Türkiyə XİN Myanmada artan münaqişələrlə bağlı BƏYANAT yaydı

194059

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda Myanmada son aylarda şiddətlənən münaqişələr və mülki əhali arasında artan itkilərin böyük narahatlıq hissi ilə izləndiyi ifadə edilib.

Türkiyə XİN bölgəyə humanitar yardımların çatdırılması ilə bağlı çağırış edib:

“Son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər bizi dərindən kədərləndirir”.

Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına əməl edərək mülki əhali və infrastrukturu qorumağa, zor tətbiq edilərək silah altına alınmalar da daxil olmaqla, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə, təcili və fasiləsiz humanitar yardım göstərmək üçün bölgəyə girişə icazə verməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin