Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Ramazan Abdulatipovun istefasını qəbul edib.xa0
Oxu.Az-ın məlumatına görə, Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Dövlət Dumasının “Vahid Rusiya”x9d fraksiyasının lideri Vladimir Vasilyevə həvalə olunub.xa0
Budkav.ru saytı qeyd edir ki, rus soyadına malik olmasına baxmayaraq, V.Vasilyevin atasıxa0 Əbdüləli əslən azərbaycanlıdır.
Əbdüləli Dərbənd şəhərində 5-ci mahalda yaşayırdı. Vasilyevin hətta Dərbənddə ögey qardaşı Kamil Hüseynovun yaşadığı da bildirilir. Vladimir onun evinə bir neçə dəfə qonaq gəlib.
































































































