Ərdoğan: “Təhlükəsizlik olmayan yerdə demokratiya və azadlıq yoxdur”

Hazırda oxunan: Ərdoğan: “Təhlükəsizlik olmayan yerdə demokratiya və azadlıq yoxdur”

193931

“Ədalət olmayan yerdə sülh və əmin-amanlıq olmaz. Təhlükəsizlik olmayan yerdə demokratiya və azadlıq yoxdur. Qlobal sistemin elitası bu vəziyyətə məhəl qoymur və görməzlikdən gəlir. Lakin yaşadığımız hər hadisə, hər regional böhran və davam edən müharibələr bütün bu faktları bir daha xatırladır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Albaraka İslam Maliyyə Sammitində çıxışı zamanı bildirib.

Bütün yeraltı sərvətlərə baxmayaraq Afrikada insanların aclıqdan ölməsini, Suriyada, Sudanda, Yəməndə yaranan xaos, sivilizasiyaların beşiyi olan Aralıq dənizində hər il minlərlə miqrantın həyatını itirməsini xatırladan Türkiyə lideri qeyd edib ki, bütün bunların qarşısında bəşəriyyətin özünü rahat hiss etməsi mümkünsüzdür:

“Əgər bəşəriyyət olaraq həm özümüzün, həm də övladlarımızın firavan bir dünyada yaşamalarını istəyiriksə, xüsusilə həll yolu əvəzinə daim problemlər yaradan mövcud sistemdə inadkarlıqdan əl çəkməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin