“Nə Zelenski (Ukrayna prezidenti Volodimir Zelenski), nə də Ukraynanın gələcək prezidenti ölkənin problemlərini həll edə bilməyəcək”.
Bizim.Media xəbır verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukraynanın problemləri ölkə sərhədlərində kənarda, xarici qüvvələr tərəfindən həll olunur.
“Ukraynadakı real gücə gəlincə, siz Ukraynanı yaxşı tanıyırsınız. İstər hərbçilər, istərsə də mülki əhali arasında ölkəyə rəhbərlik etməyə və onu yeni yolla müharibəyə tərəf və ya ona qarşı çəkməyə hazır olan kifayət qədər könüllü var", - deyə Belarus lideri qeyd edib.
Bizim.Media