Rusiya məhkəmələri ABŞ-nin Rusiyadakı əmlakından istifadə etmək hüququ əldə edib.
Bizim.Media xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin qeyri-dost hərəkətlərinə görə Rusiyaya dəymiş ziyanın ödənilməsi qaydası haqqında fərmanında əksini tapıb.
Qərar Rusiyanın ABŞ-dəki aktivlərinə həbs qoyulması nəticəsində dəymiş ziyanın kompensasiya edilməsi (ödənilməsi) məqsədi daşıyır.
Buraya ABŞ-nin, ABŞ şirkətləri və vətəndaşlarının Rusiya ərazisində yerləşən daşınar və daşınmaz əmlakı, habelə onlara məxsus qiymətli kağızlar, Rusiya şirkətlərinin nizamnamə kapitalındakı payları, ABŞ və ölkə əhalisinin Rusiyadakı digər mülkiyyət hüquqları daxildir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:06 / 23.05.2024
Putin ABŞ-nin aktivlərinin istifadəsi ilə bağlı fərman verdi
Hazırda oxunan: Putin ABŞ-nin aktivlərinin istifadəsi ilə bağlı fərman verdi
Hazırda oxunan: Putin ABŞ-nin aktivlərinin istifadəsi ilə bağlı fərman verdi
193722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.