Son illər dünyada baş verən müharibələr geosiyasi xəritələrə ciddi təsir edir. Münaqişə ocaqlarında hər qarış uğrunda mübarizə gedir. Proseslər yekunlaşmadığı üçün mövcud mənzərəni təsvir etmək çətinləşib.
Bəs görəsən, yeni dünya düzənində hansı ölkələr ərazi itirəcək?
Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O qeyd edib ki, bu gün parçalanmış dövlətləri ilk olaraq bu siyahıya qoymaq lazımdır:
“Söhbət ərazi itkilərindən gedirsə, Suriya, Liviya, Yəməni qeyd edə bilərik. Potensial olaraq Ukraynanın itkiləri məsələsi var. Bu, çox realdır. Çünki hər gün yeni yaşayış məskənlərinin işağı ilə bağlı xəbərlər eşidirik. Ukraynanın bu işğallara qarşı dirənmək imkanlarının nə qədər aşağı olduğu da görünür. Ən azından ay yarım ərzində Ukrayna Rusiyanın təzyiqləri qarşısında davam gətirə bilməsə, daha böyük ərazilərin itkiləri ilə üzləşəcək. Bu gün ərazilərin itkisi ilə bağlı ən həssas dövlətlərdən biri Ukraynadır.
Ukrayna böyük anlamda parçalanma vəziyyətinə qədər gəlib.
Yaxın Şərqdə gedən HƏMAS-İsrail qarşıdurmasını da diqqətdə saxlamalıyıq. Perspektivdə bu proses İsrail dövlətinin əleyhinə davam edərsə, bir çox işğal olunmuş ərazilərdən İsrailin çıxması və 1967-ci il sərhədlərində Fələstin dövlətinin qurulması məsələsi gündəmə gələ bilər.
Bu məsələ hələlik mübahisə predmeti olaraq mövcuddur. Çünki İsraili dəstəkləyən ABŞ kimi hegemon güc var. Buna qarşı çıxan dünya dövlətlərinin olduğunu da qeyd etməliyik. Onların içərisində qardaş Türkiyə öndə çıxış edir və paralel olaraq Fələstin dövlətinin tanınması prosesinə də rəvac verilir. 28 mayda Avropa ölkələri Fələstini müstəqil dövlət kimi tanısalar, bu, İsrailin əleyhinə domino effektini yaradacaq. Beləliklə, İsrailin əldə etdiyi əraziləri itirmə potensialı üzə çıxacaq.
1947-ci ildən bəri öz ərazilərini itirə-itirə gələn Fələstin muxtariyyətini görürük. Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və onun müdafiə nazirləri haqqında həbs qərarı çıxara bilsə, bu, prosesi daha da sürətləndirəcək”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:00 / 24.05.2024
Dünya xəritəsi yenidən ÇƏKİLİR – “Bu ölkələr torpaqlarını itirəcəklər” – SİYAHI
Hazırda oxunan: Dünya xəritəsi yenidən ÇƏKİLİR – “Bu ölkələr torpaqlarını itirəcəklər” – SİYAHI
Hazırda oxunan: Dünya xəritəsi yenidən ÇƏKİLİR – “Bu ölkələr torpaqlarını itirəcəklər” – SİYAHI
Dünya xəritəsi yenidən ÇƏKİLİR – “Bu ölkələr torpaqlarını itirəcəklər” – Siyahı. Politoloq Natiq Miri, dünyada olası ərazi itkiləri barədə siyasi təhlil verir.
193682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.