Fransada 20 general, 100-dən çox zabit Makrona məktub yazdı: “Ölkənin çöküşünü dayandırın!”

Hazırda oxunan: Fransada 20 general, 100-dən çox zabit Makrona məktub yazdı: “Ölkənin çöküşünü dayandırın!”

19327

Peşəkar zabit və “Place Armes” saytının redaktoru Jean-Pierre Fabre-Bernadacın təşəbbüsü ilə iyirmi təqaüdçü general, yüzdən çox zabit və mindən çox hərbçi Fransa prezidentinə açıq məktub ünvanlayaraq Fransanın çöküşünü dayandırmağa çağırıb.

Bizim.Media “inosmi.ru” saytına istinadən xəbər verir ki, Fransanın “Valeurs actuelles” nəşrinin oxucuları hərbçilərin fikirləri ilə tam razı olduqlarını açıqlayıblar.

Təqaüdçülər hakimiyyəti günahlandırırlar ki, onlar Fransa vətəndaşlarını irqinə, cinsinə, tarixə münasibətlərinə və hətta ölkə simvollarına olan baxışlarına görə ayırırlar. Bu da cəmiyyətdə ciddi mübahisələrə səbəb olur.

Oxucuların bəzi şərhlərini sizə təqdim edirik:

“Cənablar, mənə toxunan müraciətiniz üçün təşəkkür edirəm. Fransanın çörək verdiyi cinayətkarlar, terrorçular və bəzi insanlar bu ölkəyə tüpürürlər. Belə insanların hamısı cəzalandırılmalıdır. Siz bizi pessimist hesab edirsiniz? Xeyr, biz realistik”.

“Bu generallarda ölkədə baş verənlərə reaksiya göstərmək üçün cəsarət tapıldı. Onlar Fransanı indiki dövrdə izləyən və siyasətçilərimizin görmək belə istəmədikləri təhlükə barədə həyəcan təbili çaldılar. Bizim siyasətçilər başı kəsilən müəllim Samuel Patinin məsələsindən sonra da heç nəyi anlaya bimirlər”.

“Nəhatət, yenə 10-15 il və çox gec olacaq. Məhv olmaq üçün mexanizm artıq işə başlayıb”.

“Cənab generallar, əksər fransızların düşündüyü sözləri dediyiniz üçün təşəkkür edirəm. Bu barədə yazan general de Qolu və general Bijarı unutmayaq”.

“Afərin, hərbçi cənablar, həqiqəti deyirsiniz. Seçkilərdə öz namizədliyinizi verin, bu ölkədə qayda-qanunu bərpa etmək üçün iqtidarda olan hərbçilərə ehtiyacımız var. Əks təqdirdə Fransa xarabalığa çevriləcək”.

“Fransa hələ də mövcuddur? Mən buna inana bilmirəm!”.

“Makron üç fransızdan ikisinin etibarını itirdi. Onun heç vaxt Fransa haqqında kiçik belə anlayışı olmayıb. Ölkəmiz üçün danışmaq cəsarəti olan bu generallara təşəkkür edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin