İranda matəm mərasimi başlayıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu gün səhər saatlarında İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı Məşhəd şəhərində matəm mərasimi başlayıb.
Məlumata görə, İbrahim Rəisinin və onunla birlikdə helikopter qəzasında həyatını itirən digər hökumət rəsmilərinin cənazələri Təbrizdən Məşhədə aparılacaq.
Xatırladaq ki, mayın 19-da axşam saatlarında İbrahim Rəisinin olduğu helikopter Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb.
Aralarında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla 9 nəfər həyatını itirib. Bununla bağlı İranda beş gün matəm elan edilib.
Bizim.Media