İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI 

Hazırda oxunan: İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI 

İranın Belarusdakı səfiri Əlireza Sanei, İran helikopterinin pis hava şəraiti səbəbindən qəzaya uğraması barədə məlumat verib. Qəza nəticəsində həlak olanların cəsədləri müəyyən edilib və Təbrizə göndərilib. İranın vitse-prezidenti Möhsün Mənsuri, Prezident İbrahim Rəisi və nümayəndə heyətinin öldüyünü təsdiqləyib.
193074

"İran helikopterinin qəzaya uğramasına səbəb pis hava şəraiti olub". 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlireza Sanei jurnalistlərə açıqlamasında deyib. 

"Helikopter pis hava şəraiti səbəbindən çətin eniş edib" – deyə Sanei bildirib. 

Onun sözlərinə görə, xilasedicilər təyyarə qəzasından sonra həlak olanların hamısının cəsədlərini müəyyən ediblər. 
Qeyd edək ki, mayın 20-də İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisi və onun nümayəndə heyətinin öldüyünü təsdiqləyib. Tasnim agentliyinin məlumatına görə, təyyarədə 8 nəfər olub. Meyitlərin tapılması əməliyyatı başa çatıb və onlar Təbrizə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin