Slovakiyanın qərbində yerləşən Pezinok şəhərinin Xüsusi Cinayət Məhkəməsi ölkənin baş naziri Robert Fitsonun həyatına sui-qəsddə təqsirləndirilən 71 yaşlı təqaüdçü yazıçı Juray Cintulanın həbsdə saxlanılması barədə qərar çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Bildirilib ki, məhkəmə prokurorun vəsatətini təmin edib.
Əvvəllər siyasi motivlərlə baş naziri öldürməyə cəhddə ittiham olunan Cintula mayın 18-də keçirilən məhkəmə iclasında günahını etiraf edib. O, mayın 15-dən istintaq təcridxanasında saxlanılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:10 / 18.05.2024
Fitsoya qarşı sui-qəsdə cəhd edən yazıçı əməlini etiraf etdi
Hazırda oxunan: Fitsoya qarşı sui-qəsdə cəhd edən yazıçı əməlini etiraf etdi
Hazırda oxunan: Fitsoya qarşı sui-qəsdə cəhd edən yazıçı əməlini etiraf etdi
192775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.