Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze xarici agentlər haqqında qanun layihəsinin qəbulu ilə bağlı hökumətlə gənclər arasında dialoq təşəbbüsü ilə çıxış edib.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, gürcü baş nazir etiraz aksiyalarında iştirak edən gənclərlə müzakirə aparmağa hazır olduğunu deyib:
“Düşünürəm ki, emosiyaların səngiməsi fonunda qanunla bağlı sağlam müzakirələr aparmaq üçün daha yaxşı fürsət var. “Şəffaflıq haqqında” qanun ətrafında ictimai müzakirə aparacaq, nüfuzlu ekspert hesab etdiyiniz iki-üç yaşlı adamı da siz müzakirəyə cəlb edə bilərsiniz”.
Eyni zamanda, baş nazir onun təşəbbüsünün diqqətdən kənarda qalmayacağına və ideyasını reallaşdıra biləcəyinə ümid etdiyini bildirib. Kobaxidze qeyd edib ki, respublikanın gələcəyi ölkənin gənc vətəndaşlarına məxsusdur və onlar bir neçə ildən sonra hakimiyyətdə olacaqlar:
“Bu respublika həm qanunun əleyhdarları, həm də onun tərəfdarları tərəfindən idarə olunacaq”.
Baş nazir xatırladıb ki, Gürcüstan hakimiyyəti oxşar təşəbbüslə Avropa diplomatiyasının nümayəndələrinə müraciət edib, lakin onlar bu fikrə məhəl qoymayıblar.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:12 / 18.05.2024
Gürcüstanın Baş nazirindən etirazçılara dialoq TƏKLİFİ
Hazırda oxunan: Gürcüstanın Baş nazirindən etirazçılara dialoq TƏKLİFİ
Hazırda oxunan: Gürcüstanın Baş nazirindən etirazçılara dialoq TƏKLİFİ
192716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.