“Rusiya Müdafiə Nazirliyinin tabeliyindəki Budyonnıy adına Hərbi Rabitə Akademiyasında baş verən partlayış terror xarakteri daşımır”.
Bizim.Media xəbər verir ki, bunu Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib.
O qeyd edib ki, Sankt-Peterburq Hərbi Dairəsinin rəsmi məlumatına əsasan partlayış Böyük Vətən Müharibəsindən qalan sursatların özlüyündən partlaması nəticəsində baş verib.
Bildirilib ki, partlayış sursatların saxlandığı zirzəmidə baş verib.
Hadisə nəticəsində yeddi hərbçi xəsarət alıb.
Bizim.Media