Hindistan Pakistan sərhədini vurdu ”“ Ölənlər var

Hazırda oxunan: Hindistan Pakistan sərhədini vurdu ”“ Ölənlər var

192642
Hindistan ordusu Cammu Kəşmir bölgəsinin Pakistan sərhədinə yaxın ərazilərini toplarla bombardman edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Pakistan Silahlı Qüvvələri yayıb. Hücumun Çappar, Harpal və Çarva kəndlərinə edildiyi vurğulanıb. Hind ordusunun zərbələri nəticəsində 6 mülki şəxs həlak olub. Rəsmi İslamabad yaralananların sayının 20-yə çatdığını, bunun 15-nin qadın, 5-nin isə uşaq olduğunu bildirib.

Qeyd edək ki, Kəşmir uğrunda savaş 1947-ci ildən bu yana davam edir. Bölgənin əhalisinin böyük hissəsini müsəlmanlar təşkil edir. İki yerə bölünən bölgənin Azad Kəşmir hissəsi Pakistanın, Cammu Kəşmir hissəsi isə Hindistanın nəzarətindədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin