Səlahəddin Dəmirtaş “Kobani hadisələri”nə görə 42 il həbs cəzasına məhkum edildi

Hazırda oxunan: Səlahəddin Dəmirtaş “Kobani hadisələri”nə görə 42 il həbs cəzasına məhkum edildi

192454

Türkiyədə 2014-cü il oktyabrın 6-8-də PKK terror təşkilatının tərəfdarları tərəfindən başladılan və Xalqların Demokratik Partiyasının (HDP) çağırışları ilə daha da alovlanan “Kobani hadisələri”ndə şübhəli bilinənlərlə bağlı məhkəmə prosesi bu gün yekunlaşıb.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki,  hadisələrdə təqsirli bilinənlər arasında yer alan Mardin Böyükşəhər bələdiyyəsinin sədri Əhməd Türk 10, HDP-nin təsisçi sədri Səlahəddin Dəmirtaş isə 42 il həbs cəzasına məhkum edilib.

Bildirilib ki, S. Dəmirtaş 47 ayrı cinayətdə ittiham edilib.

Qeyd edək ki, ölkənin 35 vilayətində baş verən qarşıdurmalar zamanı 37 nəfər həlak olmuşdu. Hadisə ilə bağlı açılan iş üzrə ümumilikdə 108 nəfər ittiham edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin