Putin Belousovun müdafiə naziri təyin edilməsinin səbəbini açıqladı - VİDEO

Hazırda oxunan: Putin Belousovun müdafiə naziri təyin edilməsinin səbəbini açıqladı - VİDEO

192262

Rusiya prezidenti Vladimir Putin keçmiş müdafiə naziri Sergey Şoyqu,  yeni nazir Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, eləcə də  hərbi dairələrin komandirlərinin iştirak etdiyi görüşdə Belousovun müdafiə naziri təyin edilməsinin səbəbini açıqlayıb və bildirib ki, bu, hərbiyə ayrılan xərclərin artması ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinə ayrılan vəsaitdən ehtiyatlı və səmərəli istifadə edilməlidir: "Eyni zamanda, müdafiə və təhlükəsizlik xərclərinin artırılması vətəndaşlar qarşısında sosial öhdəliklərin yerinə yetirilməsinə təsir göstərməməlidir".

Kremlin sahibi vurğulayıb ki, 1980-ci illərin ortalarında SSRİ-nin müdafiə və təhlükəsizlik xərcləri ÜDM-in 13%-ni təşkil edib:

"2024-cü ildə Rusiyanın bu sahədə xərcləri ÜDM-in 8,7%-ni təşkil edib. Bu, əlbəttə ki, Sovet İttifaqında olduğu kimi 13 deyil, lakin böyük faizdir. Bu böyük resursdan  biz səmərəli istifadə etməyə borcluyuq”.

Vladimir Putin qeyd edib ki, müdafiə və təhlükəsizlik xərclərini artırmaqla hakimiyyət anlayır ki, vətəndaşlar qarşısında bütün sosial öhdəliklər yerinə yetirilməlidir:

"Silah və neft arasındakı əlaqə ümumi inkişaf strategiyasına inteqrasiya edilməlidir".

Putin Baş Qərargahda hər hansı dəyişikliyin nəzərdə tutulmadığını da deyib.

O bildirib ki, “hərbi əməliyyat zonası”nda (Ukrayna müharibəsi nəzərdə tutulur) hər şey plana uyğun gedir: "Bütün bunlar Komandanlıq və Baş Qərargah tərəfindən təsdiq edilib".

Putin vurğulayıb ki, ötən ilin sonunda Ukrayna ordusunun əks-hücumları dəf edilib və bu il rus bölmələri hər gün mövqelərini yaxşılaşdırır.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin