“Ermənistanda minlərlə insanın etirazına gəlincə, Qərb özünü elə göstərir ki, guya heç nə baş vermir. Şərh verəndə deyirlər ki, İrəvandakı etirazlar erməni xalqının iradəsini əks etdirmir, kənardan idarə olunur. Baxın, ikili standartlar budur”.
Bizim.Media xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qərbin Gürcüstan və Ermənistandakı etirazlara münasibətinə toxunarkən deyib.
"Əksinə, Amerika və Avropa mediası öz hesabatlarında Gürcüstandakı nümayişləri təbliğ etmək üçün əllərindən gələni edirlər, bu nümayişlərin iştirakçıları qəhrəman kimi görünürlər", deyə o, qeyd edib.
Bizim.Media